0
Wednesday 7 August 2024 - 23:05

Səudiyyə Ərəbistanı: Haniyənin terroru İranın suverenliyinin açıq şəkildə pozulmasıdır

Story Code : 1152653
Səudiyyə Ərəbistanı: Haniyənin terroru İranın suverenliyinin açıq şəkildə pozulmasıdır
Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xərici İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri İcraiyyə Komitəsinin Ciddədə keçirilən fövqəladə iclasında çıxış edib. Səudiyyə rəsmisi Tehranda səfərdə olan HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyəyə qarşı terroru pisləyib. 

Əl-Xərici Fələstin ərazilərində İsrail işğalçılarının açıq-aşkar təcavüzləri və Fələstin torpaqları daxilində və xaricində qardaş Fələstin xalqına qarşı qeyri-qanuni hərəkətlərinə işarə edərək deyib: "İşğalçılar bu hərəkətləri ilə beynəlxalq qanunlara və qətnamələrə məhəl qoymadıqlarını nümayiş etdirirlər..."

Səudiyyə rəsmisi deyib: "Tehranda səfərdə olan HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin Tehranda terror hücumuna məruz qalması İran İslam Respublikasının suverenliyi və onun milli və təhlükəsizliyinin, həmçinin beynəlxalq qanunların və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və həm də regional sülh və təhlükəsizliyə təhdiddir."

Bu Səudiyyə rəsmisi əlavə edib: "Səudiyyə hökuməti Fələstin məsələsindəki sabit mövqelərinə əsaslanaraq, İsrail işğalının mülki şəxslərə qarşı təcavüzünü və beynəlxalq müqavilələr və nizamnamə əsasında ölkələrin suverenliyinə qəsd və ya hər hansı bir ölkənin daxili işlərinə qarışmasını pisləyir. İslam Əməkdaşlıq Təşkilatının."
Comment