0
Wednesday 7 August 2024 - 18:26

Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

Story Code : 1152590
Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır
“Report” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığında deyib.

Tərəflər həmçinin HƏMAS lideri İsmayıl Haniyənin terrorundan sonra yaranan regional gərginliyi müzakirə ediblər.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında terror edilib. Bundan sonra İran rəsmiləri İ.Haniyənin qisasının alınacağı barədə bəyanat veriblər.

 
Comment