Hakimiyyət Söyüdlüdə sianid gölünün inşasına icazə verib
Story Code : 1152526
Bu barədə şirkətin baş icraçı direktoru Rza Vəziri bildirib.
Rza Vəziri deyib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.
Ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin əhalisi sianid gölünün genişləndirilməsinə qarşı etiraz etmişdi.
Qeyd edək ki, etiraz edən kənd sakinləri polis zorakılığına məruz qalmışdılar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunmuşdu.
Söyüdlü hadisələrində 11 nəfər saxlanılıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə isə narkotik ittihamı ilə cinayət işi açılıb.