QR CodeQR Code

Hakimiyyət Söyüdlüdə sianid gölünün inşasına icazə verib

7 Aug 2024 12:23

Islamtimes - Söyüdlü kəndinin sakinlərini həbs edən hökümət, qızıl şirkətinə isə “yaşıl işıq” yandırılıb .
“Anglo Asian Mining” qızıl şirkəti Gədəbəydə sianid gölünün genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb.


Bu barədə şirkətin baş icraçı direktoru Rza Vəziri bildirib.
Rza Vəziri deyib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.
Ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin əhalisi sianid gölünün genişləndirilməsinə qarşı etiraz etmişdi.
Qeyd edək ki, etiraz edən kənd sakinləri polis zorakılığına məruz qalmışdılar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunmuşdu.
Söyüdlü hadisələrində 11 nəfər saxlanılıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə isə narkotik ittihamı ilə cinayət işi açılıb.


Story Code: 1152526

News Link :
https://www.islamtimes.com/az/news/1152526/hakimiyyət-söyüdlüdə-sianid-gölünün-inşasına-icazə-verib

Islam Times
  https://www.islamtimes.com