0
Monday 5 August 2024 - 03:46

Britaniyada kütləvi iğtişaşlar: 100-dən çox insan həbs edilib

Story Code : 1152019
Britaniyada kütləvi iğtişaşlar: 100-dən çox insan həbs edilib
Oxu.Az xəbər verir ki, bu barəd "The Guardian" məlumat yayıb.

Qeyd olunub ki, etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.

Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.

Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.
Comment