0
Monday 5 August 2024 - 03:17

Kirbi: İranın xəbərdarlığı ciddidir; Biz Amerika və İsrailin maraqlarını müdafiə etməyə hazır olmalıyıq

Story Code : 1152016
Kirbi: İranın xəbərdarlığı ciddidir; Biz Amerika və İsrailin maraqlarını müdafiə etməyə hazır olmalıyıq
ISNA-nın məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” xəbər kanalında çıxışı zamanı Vaşinqtonun İranın İsmayıl Haniyənin terroruna mümkün reaksiyasından narahat olduğunu bildirib. Elə bu səbəbdən ABŞ sionist rejimi qorumaq üçün öz qüvvələrini bölgəyə göndərib.

Verilişin aparıcısı Vaşinqtonda işğalçı İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında atəşkəs məsələsinin gündəmə gətirildiyi son görüşə toxunaraq deyib ki, indi bir neçə gündən sonra atəşkəs məsələsinin gündəmdən düşdüyünün şahidi oluruq və digər tərəfdən Amerika hərbi gəmilərini bölgəyə göndərir.

Con Kirbi bu məsələnin cavabında Vaşinqtonun bölgəyə qoşun göndərməkdə məqsədinin münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almaq olduğunu iddia edib.
Comment