0
Sunday 4 August 2024 - 19:36

Ənsarullahın yüksək rütbəli üzvü: Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq

Story Code : 1151974
Ənsarullahın yüksək rütbəli üzvü: Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq
Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü “Əli əl-Qahum” “RiaNovosti” xəbər agentliyinə müsahibəsində bildirib ki, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq. Bu cavabı Qüds ətrafında birləşən bütün cəbhələr verəcək.

Bundan əvvəl Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü Həmas siyasi ofisinin rəhbərinin nəşinin Qətərə gətirilməsi ilə eyni vaxtda vurğulamışdı: "Liderlərin şəhadəti müqavimət üzvlərinə həmişə böyük təsir göstərib. Bu şəhadətlər davam etmək üçün motivasiya olur. Digər tərəfdən sionist düşmən öz cinayətlərini artırmaqla İlahi vədə, qaçılmaz süquta yaxınlaşır..."

Yəmənin Ənsarullah hərəkatının lideri bildirib: "İsmayıl Haniyənin terroru bütün adət və ənənələrin, qanunların açıq şəkildə pozulmasıdır..."
Comment