QR CodeQR Code

Ənsarullahın yüksək rütbəli üzvü: Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq

4 Aug 2024 19:36

IslamTimes - "HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq."


Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü “Əli əl-Qahum” “RiaNovosti” xəbər agentliyinə müsahibəsində bildirib ki, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin terroruna cavab yalnız İranla məhdudlaşmayacaq. Bu cavabı Qüds ətrafında birləşən bütün cəbhələr verəcək.

Bundan əvvəl Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı günü Həmas siyasi ofisinin rəhbərinin nəşinin Qətərə gətirilməsi ilə eyni vaxtda vurğulamışdı: "Liderlərin şəhadəti müqavimət üzvlərinə həmişə böyük təsir göstərib. Bu şəhadətlər davam etmək üçün motivasiya olur. Digər tərəfdən sionist düşmən öz cinayətlərini artırmaqla İlahi vədə, qaçılmaz süquta yaxınlaşır..."

Yəmənin Ənsarullah hərəkatının lideri bildirib: "İsmayıl Haniyənin terroru bütün adət və ənənələrin, qanunların açıq şəkildə pozulmasıdır..."


Story Code: 1151974

News Link :
https://www.islamtimes.com/az/news/1151974/ənsarullahın-yüksək-rütbəli-üzvü-haniyənin-terroruna-cavab-yalnız-iranla-məhdudlaşmayacaq

Islam Times
  https://www.islamtimes.com