1
Sunday 4 August 2024 - 15:58

Sionist rejimdə bıçaqlı hücum

Story Code : 1151955
Sionist rejimdə bıçaqlı hücum
İşğalçı İsrail rejimində bıçaqla hücum zamanı iki sionist ölüb, bir neçə nəfər yaralanıb.

Sionist rejimin “The Times of Israel” informasiya saytı yazıb ki, hücum zamanı həlak olan və yaralananlar bir-birindən təxminən 500 m məsafədə üç fərqli yerdə olub. Hücum zamanı sionist rejim sakinlərindən olan bir nəfər elə hadisə yerində keçinib, daha bir nəfər isə xəstəxanada ölüb. Bıçaqla xəsarət yetirilmiş bir şəxsin durumu ağırdır, bir nəfərin isə orta dərəcədə xəsarət aldığı qeyd edilib.

Bildirilir ki, işğalçı İsrail rejimi polisi Fələstin torpaqlarının işğalına, Qəzzada qətliam törədilməsinə etiraz məqsədilə bu hücumu həyata keçirən şəxsi odlu silahdan açdığı atəşlə qətlə yetirib.
Comment