0
Saturday 3 August 2024 - 21:20

Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb

Story Code : 1151829
Ankara və Moskva arasında Suriya üzrə məsləhətləşmələr aparılıb
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Nazir müavinimiz Nuh Yılmaz Rusiya Federasiyası Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya mövzusunda məsləhətləşmələr aparılıb”, – XİN-in sosial şəbəkə hesabında qeyd olunub.

Tərəflər arasında görüş paytaxt Ankarada baş tutub.

 
Comment