"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin İtaliyadan olan deputatı Paolo İnselvini deyib.
"Təəssüf ki, Avropa İttifaqında narkotik vasitələrin və opioidlərin istifadəsi durmadan artır. Təkcə 2021-ci ildə 87,4 milyon Avropa vətəndaşı narkotik vasitələrdən istifadə edib, onlardan bir milyonu opioidlərdən həkim resepti olmadan istifadə edib. Bu təhlükəli tendensiya Avropada milyonlarla insanın həyatına son qoya bilər”, - o bildirib.
Bundan əvvəl ABŞ-nin keçmiş Prezidenti Donald Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini təklif edib. 2023-cü ildə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri (CDC) ölkədə Meksikadan gətirilən fentanildən həddindən artıq istifadə nəticəsində ölüm hallarının 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib.