0
Thursday 1 August 2024 - 11:47

Ərdoğan Əsədlə üçüncü ölkədə görüşə bilər 

Story Code : 1151336
Ərdoğan Əsədlə üçüncü ölkədə görüşə bilər 
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Danışıqlar aparılarsa, bu, üçüncü ölkə olacaq. Amma bu, hələ dəqiqləşdirilməyib. Biz suriyalı həmkarlarımızla iki ölkənin rəhbərliyi səviyyəsində görüşün nə vaxt və necə keçiriləcəyi ilə bağlı işləyirik. Gündəliyi hazırlamağa çalışırıq. Hazırda dəqiq qrafik yoxdur, sadəcə olaraq, bir təzahür var. Qarşı tərəflə təmasda gördüm ki, onlar danışıqlara açıqdırlar. Hələ ki bizə heç bir ilkin şərt irəli sürməyiblər", - Fidan bildirib.
Comment