QR CodeQR Code

Ərdoğan Əsədlə üçüncü ölkədə görüşə bilər 

1 Aug 2024 11:47

IslamTimes - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında görüş üçüncü ölkədə planlaşdırılır.


Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Danışıqlar aparılarsa, bu, üçüncü ölkə olacaq. Amma bu, hələ dəqiqləşdirilməyib. Biz suriyalı həmkarlarımızla iki ölkənin rəhbərliyi səviyyəsində görüşün nə vaxt və necə keçiriləcəyi ilə bağlı işləyirik. Gündəliyi hazırlamağa çalışırıq. Hazırda dəqiq qrafik yoxdur, sadəcə olaraq, bir təzahür var. Qarşı tərəflə təmasda gördüm ki, onlar danışıqlara açıqdırlar. Hələ ki bizə heç bir ilkin şərt irəli sürməyiblər", - Fidan bildirib.


Story Code: 1151336

News Link :
https://www.islamtimes.com/az/news/1151336/ərdoğan-əsədlə-üçüncü-ölkədə-görüşə-bilər

Islam Times
  https://www.islamtimes.com