0
Wednesday 31 July 2024 - 10:35

İran Prezidenti HƏMAS liderinin terroru ilə bağlı terrorçulara xəbərdarlıq edib

Story Code : 1151075
İran Prezidenti HƏMAS liderinin terroru ilə bağlı terrorçulara xəbərdarlıq edib
"Report" xəbər verir ki, o, bu barədə "X"də yazıb.

O bildirib ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq: "Bu gün əziz İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və şərəfli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Haniyə üçün matəmdədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm. Qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha güclü davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək".

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda terror edilib. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.
Comment