0
Monday 29 July 2024 - 09:00

İnqilab Rəhbəri Pezeşkiyanı İran İslam Respublikasının prezidenti təyin etdilər

Story Code : 1150590
İnqilab Rəhbəri Pezeşkiyanı İran İslam Respublikasının prezidenti təyin etdilər
İran İslam Respublikasının on dördüncü prezidentinin hökmünün verilməsi və İran xalqının seçdiyi prezidentin rəsmən işə başlaması mərasimi bu gün İslam İnqilabının Böyük Rəhbərinin, həmçinin quruluşun məsul şəxslrindən bir qrupunun iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə keçirilib.
İran xalqının prezidentliyə seçdiyi şəxsin hökmü əsas qanunun 110-uncu maddəsinin doqquzuncu bəndinə əsasən, İnqilab Rəhbəri ofisinin başçısı tərəfindən qiraət olunub.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin hökmünün mətnində deyilir: Prezident seçkiləri kimi taletəyinedici sınaq xalqın və rəsmilərin ciddi-cəhdi ilə çətin bir şəraitdə, asayiş və mətanətlə nəticəyə çatdı və xalqın seçdiyi şəxsiyyət böyük məsuliyyəti yerinə yetirməyə hazır oldu.
İranda şəhid mərhum prezidentin yarımçıq qalmış dövründən sonra keçirilən on dördüncü prezident seçkiləri İran xalqının fəxrlərindən biri və stabil islami quruluşun bərqərarının nişanəsi olaraq, ölkənin siyasi atmosferinin mətanəti və aqilliyindən xəbər verir.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Dünyanın bəzi bölgələrində keçirilən bəzi oxşar sınaqlarda baş verən bəzi xoşagəlməz fenomenlərə baxış, İranın və iranlının böyüklüyünü göstərir.
Bu iftixarın yaradılmasında rol oynamış bütün kəslərə təşəkkür edən İnqilab Rəhbəri böyük xalqın ardınca/ onun/ aqil, alim, sadiq xalqdan olan şəxsiyyətə- cənab doktor Məsud Pezeşkiyana verdiyi səsi təsdiq və onu İran İslam Respublikasının prezidenti təyin ediblər.
İranda on dördüncü prezident seçkilərinin iyulun beşində keçirilən ikinci etapında on altı milyondan çox səs toplayan  Məsud Pezeşkiyan İran xalqı tərəfindən on dördüncü prezident seçildi.
 
Source : SaharTV
Comment