ABŞ 40 min fələstinlinin öldürülməsini yox, Qolan təpələrinin vurulması nəticəsində 12 israillinin ölməsini pisləyib
Story Code : 1150572
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
"Bu dəhşətli hücumu pisləyirik. İsrail öz təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşməyə davam edir və ABŞ bu dəhşətli hücumlara son qoymaq üçün səylərini dəstəkləməyə davam edəcək", - o deyib.
Şuranın nümayəndəsi əlavə edib ki, ABŞ-in İsrailin Livanın “Hizbullah” hərəkatı da daxil olmaqla, İranın dəstəklədiyi bütün qruplaşmalarına qarşı mübarizəsinə dəstəyi sarsılmazdır.
Qeyd edək ki, ötən gün druz millətinin yaşadığı Suriyanın İsrailin işğalı altında olan Qolan təpələrindəki Məcdəl Şam qəsəbəsinə raket zərbələri endirilib. Zərbələr nəticəsində 12 nəfər həlak olub. İsrail tərəfi bu raket hücumunda Livanın Hizbullah hərəkətını günahlandırsa da Hizbullah hərəkətı bəyanat yayaraq, həmin qəsəbəyə heç bir raket hücumu həyata keçirmədiyini açıqlayıb. Sonradan məlum olub ki, həmin raket İsrailin "Dəmir Günbəz" HHM sistemindən atılan, lakin istiqamətini dəyişərək qəsəbəyə düşən raketlərdir.