0
Saturday 27 July 2024 - 15:04
Nasir Kənani:

"Uşaq qatili İsrail rejiminin baş nazirinin ittihamları gülünc doğurucudur"

Story Code : 1150344
"Uşaq qatili İsrail rejiminin baş nazirinin ittihamları gülünc doğurucudur"
Nasir Kənani paylaşımında bildirib ki "Paris 2024" Olimpiadası ilə bağlı körpə qatili İsrail rejiminin nazirinin İran İslam Respublikasına qarşı ittihamları və mənfur niyyətli danışıqları dünya ictimaiyyətinin fikrini Qəzzədə törədilən soyqırımdan yayındırmaq üçün çıxılmaz cəhdi və rejimin məzlum Fələstin xalqına qarşı törətdiyi müharibə cinayətlərinin səbəb olduğu qlobal qəzəb və nifrətdən yaxa qurtarması üçün qaçışıdır.
"Belə bir ittihamların Olimpiya komitəsinin sülh və dostluğa əsaslanan prinsiplərinə zidd olması ilə yanaşı, sionist rejimin ümumbəşəri və beynəlxalq norma və dəyərlərə əməl etməməsinin başqa bir nümunəsi olduğunu deyən İran XİN-nin sözcüsü daha sonra qeyd edib ki, son on ayda kişi,  qadın, uşaq demədən minlərlə günahsız fələstinlini qətlə yetirərək qəddarlığın bütün sərhədlərini aşmış rejimin irəli sürdüyü ittihamlar inandırıcılıqdan daha çox gülünc doğurucudur.
İran İslam Respublikasının idman karvanı öz idmançıları və ölkə çempionları ilə Paris Olimpiadasında iştirak edəcək.
Dünyanın ən böyük idman tədbirinin tam təhlükəsizlik şəraitində layiqincə keçirilməsi və ev sahibliyi etməsində Fransa hökumətinə və xalqına uğurlar arzulayırıq.
 
Source : SaharTV
Comment