0
Sunday 14 July 2024 - 12:27

İranın yeni prezidenti dünya ictimaiyyətinə mesaj göndərib

Story Code : 1147636
İranın yeni prezidenti dünya ictimaiyyətinə mesaj göndərib

İran İslam Respublikasının yeni prezidenti dünya ictimaiyyətinə mesaj göndərib.
Məsud Pezeşkiyanın "Tehran Times" qəzeti üçün yazdığı məqalənin əsas tezisləri belədir:
  1. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur;
    İran Ukraynada sülhə nail olmaq üçün təşəbbüsləri fəal şəkildə dəstəkləyəcək;
    İran İslam Respublikası Rusiya ilə, xüsusilə BRİKS, ŞƏT və Aİİ kimi təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verməyə davam edəcək;
    Çin və Rusiya “ağır vaxtlarda İranı ardıcıl dəstəkləyib”. Biz bu dostluğu dərindən qiymətləndiririk;
    ABŞ reallığı birdəfəlik qəbul etməlidir ki, İran İslam Respublikası təzyiqlərə baş əyməyəcək;
    İranın müdafiə doktrinasında nüvə silahı yoxdur, buna görə də Tehran ABŞ-ni öz siyasətini tənzimləməyə çağırır.
    Qonşu ərəb ölkələri Qəzzədə daimi atəşkəs üçün bütün siyasi rıçaqlardan istifadə etməlidirlər.
    İran Türkiyə, ərəb ölkələri və regional təşkilatlarla əməkdaşlığı səbirsizliklə gözləyir.
    İran tərəfi qonşuları ilə münasibətləri gücləndirəcək və heç kimin başqalarına hakim olmadığı “güclü region” yaradacaq.
Source : SaharTV
Comment