0
Wednesday 10 July 2024 - 14:22

Tehran-Moskva əlaqələrinin inkişafı müzakirə edilib

Story Code : 1146914
Tehran-Moskva əlaqələrinin inkişafı müzakirə edilib
Söhbət zamanı Putin Pezeşkiyanı prezident seçilməsi münasibətilə təbrik edib.
Bu xəbərə görə, telefon danışığında tərəflər Rusiya və İran arasında mehriban qonşuluq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və müxtəlif sahələrdə faydalı ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxın əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Bu arada Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında İranda keçirilən prezident seçkiləri ilə bağlı bildirib ki, Rusiya İranla sıx əməkdaşlıq və müttəfiqlik əlaqələrini davam etdirməyə ümid edir.
Peskov qeyd edib ki, Rusiya İran xalqının seçiminə böyük hörmətlə yanaşır”.
Rusiyanın Prezidentinin mətbuat katibi İran və Rusiya arasında münasibətlərin inkişafının müsbət dinamikaya malik olduğunu bəyan edərək onu da vurğulayıb ki, Moskva Tehranla müxtəlif sektorlarda sıx tərəfdaşlığa əsaslanan münasibətləri davam etdirməyi gözləyir.
 
Source : SaharTV
Comment