QR CodeQR Code

Tehran-Moskva əlaqələrinin inkişafı müzakirə edilib

SaharTV , 10 Jul 2024 14:22

İslamtimes - Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb.


Söhbət zamanı Putin Pezeşkiyanı prezident seçilməsi münasibətilə təbrik edib.
Bu xəbərə görə, telefon danışığında tərəflər Rusiya və İran arasında mehriban qonşuluq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər və müxtəlif sahələrdə faydalı ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxın əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Bu arada Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında İranda keçirilən prezident seçkiləri ilə bağlı bildirib ki, Rusiya İranla sıx əməkdaşlıq və müttəfiqlik əlaqələrini davam etdirməyə ümid edir.
Peskov qeyd edib ki, Rusiya İran xalqının seçiminə böyük hörmətlə yanaşır”.
Rusiyanın Prezidentinin mətbuat katibi İran və Rusiya arasında münasibətlərin inkişafının müsbət dinamikaya malik olduğunu bəyan edərək onu da vurğulayıb ki, Moskva Tehranla müxtəlif sektorlarda sıx tərəfdaşlığa əsaslanan münasibətləri davam etdirməyi gözləyir.
 


Story Code: 1146914

News Link :
https://www.islamtimes.com/az/news/1146914/tehran-moskva-əlaqələrinin-inkişafı-müzakirə-edilib

Islam Times
  https://www.islamtimes.com