Pezeşkiyan və Cəlili ayrı-ayrılıqda İnqilab Rəhbərilə görüşüblər
Story Code : 1146295
İranda on dördüncü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiyan ümumi 30,530,157 səsdən 16,384,403 səs toplamaqla İranın seçilmiş doqquzuncu prezidenti olmağı bacardı.
İranın seçilmiş prezidenti Məsud Pezeşkiyan dünən axşam İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüb.
Görüşdə İnqilab Rəhbəri cənab doktor Pezeşkiyanın səs əkstəriyyəti qazanmaq üzrə uğurunu bir daha təbrik/ və seçkilərin ikinci turunda iştirakın artan prosesindən razılıq ediblər. O həzrət cənab doktor Pezeşkiyanın xalq imkanlarından və ölkədəki digər firavan imkanlardan istifadə ilə, inkişaf və quruculuq istiqamətində addım atacağına ümidvar olduqlarını bildiriblər.
İranın seçilmiş prezidentinə dua edib, uğurlar arzulayan Həzrət Ayətullahuluzma Xamenei müəyyən tövsiyələr ediblər.
Həzrət Ayətullahuluzma Xamenei dünən axşam prezident seçkilərinin ikinci turunun digər namizədi- Səid Cəlili ilə də görüş keçiriblər.
İslam İnqilabının Böyük Rəhbəri bu görüşdə cənab doktor Cəlilinin seçki rəqabətləri sahəsindəki bəyan yanaşması, həmçinin seçkilərdə daha artıq xalq şövqünə zəmin yaratmasına görə təşəkkür edib, ona uğurlar diləyiblər.