0
Sunday 7 July 2024 - 09:02

Orban qısamüddətli atəşkəs təklif etdi

Story Code : 1146235
Orban qısamüddətli atəşkəs təklif etdi
Publika.az xəbər verir ki, bu barədə o, Moskvaya səfərindən sonra “Die Weltwoche” nəşrinə müsahibəsində danışıb.

Macarıstan hökumətinin başçısı qeyd edib ki, təklifini ilk olaraq Volodimir Zelenskiyə bildirib. Lakin o, onu qəti şəkildə rədd edib.

Orban daha sonra öz ideyasını Vladimir Putinə təqdim edib. Macarıstan nümayəndəsinin sözlərinə görə, “real danışıqlar başlamazdan əvvəl” atəşkəs yaradılmalıdır. Bununla belə, Rusiya liderinin də bu məsələdə “nikbin olmadığını” bildirib.

Hər iki tərəf hesab edir ki, düşmən məcburi fasilədən istifadə edib qüvvələri yenidən qruplaşdıra bilər. Həm də atəşkəs dövründə hücum edər.

Orban jurnalistlərə bildirib ki, qarşıdurmanın hər iki tərəfi ilə ünsiyyət qurarkən bu mövzunu inkişaf etdirmək niyyətindədir.
Comment