0
Sunday 30 June 2024 - 13:57
Ali Rəhbər:

“Hərəm müdafiəçilərinin başlatdığı hərəkat düşmənlərin planını məhv etdi”

Story Code : 1144781
“Hərəm müdafiəçilərinin başlatdığı hərəkat düşmənlərin planını məhv etdi”

İyunun 19-da təşkil edilmiş adı çəkilən konfrans iştirakçıları ilə keçirilən bu görüşdə Müəzzəm Rəhbər “Hərəm müdafiəçilərinin başlatdığı hərəkat düşmənlərin planını məhv etdi” -deyə buyurublar.
Ali Rəhbər Həzrət Ayətullahul-Uzma Xamenei bu görüşdə hərəm müdafiəçilərini heyrətamiz olmaları ilə yanaşı mühüm və əlamətdar hadisə yaratdıqlarını və bunun İran İslam Respublikasının ümumdünya səviyyəsində biruzə vermiş simalarından biri olduğunu diqqətə çatdırıb.
“Müxtəlif xalqlardan olan gənclərin hərəm  müdafiəçiləri qismində iştirakı bir daha göstərdi ki, İslam inqilabından qırx ildən  çox keçməsinə baxmayaraq onlar eyni şövq və qəhrəmanlıqla yenidən inqilab yaratmaq gücünə malikdir”- Müəzzəm Rəhbər əlavə edib.
Başda general şəhid Süleymani olmaqla, hərəmi və müqavimət cəbhəsini müdafiə edən bütün şəhidlərin xatirəsini ehtiramla yad edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri hərəm müdafiəsini  Əhli-Beytin (ə) və hərəm sahibinin fikir və amallarının müdafiəsində rəmzi məna daşıdığına toxunaraq Əhli-beyt (ə) məktəbinin ədalət, azadlıq, zalım güclərə qarşı mübarizə və “haqq yolunda fədakarlıq və canfəşanlıq” kimi ali dəyərli ideallarını həmişə təmiz vicdanlar arasında axtaranlar vardır”-deyə buyurmuşlar.
Həzrət Ayətullah Xamenei Amerika universitet tələbələrinin Qəzzə xalqının müdafiəsi üçün hərəkatını dünyada təmiz vicdanların mövcudluğuna əsl nümunə olduğuna diqqət çəkərək
 “həqiqətdə bəşəri idealların müdafiəsi olan hərəm müdafiəsinin daşıdığı mesajı dünyada vicdan sahiblərinin qulağına çatdırılması vacibdir”-deyə vurğulamışlar.
O Həzrət, hərəmin qorunması məsələsini İslam İnqilabının  ümumdünyəvi mahiyyət daşıdığına toxunaraq qeyd ediblər ki,  öz beynəlxalq və regional mühitinə etinasız yanaşan istənilən hərəkat və inqilab mütləq zərbə alacaq. Necə ki, İran xalqının Məşrutədə və neft sənayesinin milliləşdirilməsi məsələsindəki hərəkatı kimi, daxili problemlərlə məşğuliyyət və xaricdən edilmiş müdaxilələrdən qəflət səbəbindən zərbə almış və öz məqsədinə çata bilməmişdir.
İslam İnqilabının Rəhbəri konfrans təmsilçiləri ilə görüşdə daha sonra buyurublar ki, İmam Xomeyni İslam Hərəkatının ilk günlərindən, eləcə də İslam İnqilabının qələbə çaldığı elə ilk günlərdən əcnəbilərin müdaxiləsindən, qlobal və regional məsələlərdən xəbərdar idi və ancaq daxili məsələlərlə kifayətlənməmişdi. O, açıqlamalarında da bununla bağlı lazımi məlumatları qeyd edirdi.
Həzrət Ayətullahul-Uzma Xamenei düşmənin onlar üçün çox təhlükəli plan hazırladığı ölkələrdə hərəmi müdafiə edən döyüşçülərin olmasını İslam İnqilabının ümumdünyəvi  mahiyyətinin təzahürü kimi qiymətləndirib.
“Düşmən öz palnında regionu işğal etməklə və eyni zamanda İrana iqtisadi və siyasi təzyiqlərlə yanaşı, “ideoloji və dini” təzyiqlər göstərməklə İslami Quruluşu məhv etməyi güdürdü.
Amma İslam Respublikası mərkəziyyət olmaqla imanlı bir qrup gənclər imperilist güclərin olduqca ciddi olan bu planını alt-üst etdi”-deyə O Həzrət nəzərə çatdırıb.
“Belə demək lazımdır ki, hərəm müdafiəçilərinin başlatdığı bu hərəkat İran və regionu xilas etdi”-deyə buyuran İnqilab Rəhbəri çıxışının davamında Amerika və Qərbin silahları və təbliğat dəstəyi ilə yaradılan İŞİD terrorçu şəbəkələri və onunla əlbir qurupların zorakı, qəddar və qeyri-insani əməllərini xatırladaraq söyləyiblər ki, bu təşkilatların məqsədi regionu və xüsusən də İranı təhlükəli şəraitə salmaq idi, lakin hərəm müdafiəçiləri bu böyük təhlükəni zərərsizləşdirdilər.
Ali lider söhbətinin davamında buyurublar ki, hərəmi müdafiə edən gənclərdə saflıq, şücaət, fədakarlıq, səmimiyyət və “dini əsaslara dərin bağlılıq” qərblilərin təhlilinin yanlışlığını göstərən heyrətamiz və bənzərsiz bir hadisədir və bu məsələ Allahın və Əhli-beytin (ə) lütf və mərhəmətindən başqa bir şeylə formalaşa bilməzdi.
“Hərəmi müdafiə edən şəhidlər və onların ailələri qürur və iftixar mənbəyidir. Onlar İslami İranın nicatı və yaşam səbəbidir. İslam İnqilabı mütləq şəkildə bu şəhidlər və onların ailələri qarşısında özünü borclu bilir”- deyə Həzrət İmam Xamenei sonda qeyd edib.
 
 
Source : SaharTV
Comment