Ənsarullah Qırmızı və Aralıq dənizlərində İsrailə bağlı dörd ticarət gəmisinə hücum edib
Story Code : 1144520
Bu barədə Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səru “Al Masirah” telekanalında bildirib.
Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri və İraq Müqaviməti Aralıq dənizində İsrailin Hayfa limanına gedən “Waler” neft tankerinə hücum ediblər.
Bundan əlavə, general Səri Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə “Delonix” kimyəvi tankerə və “Loannis” yük daşıyıcısına hücumların edildiyini açıqlayıb.