0
Tuesday 25 June 2024 - 10:43

Norveçdə övladlarını "Quran məktəbləri"nə göndərən valideynlər cəzalandırılacaqlar

Story Code : 1143681
Norveçdə övladlarını "Quran məktəbləri"nə göndərən valideynlər cəzalandırılacaqlar
Xüsusi hüquq komitəsi üç il ərzində immiqrant ailələrdən olan uşaq və gəncləri "öz valideynlərindən daha yaxşı qorumaq üçün" qanunvericiliyin dəyişdirilməsinin lazım olub-olmadığını araşdırıb.

Əmək və İnteqrasiya Nazirliyinə araşdırmaların nəticələri və təklifləri özündə əks etdirən 500 səhifəlik hesabat təqdim edilib.

Nazir Tonje Brenna qeyd edib ki, təkliflər "son dərəcə əhəmiyyətlidir" və gecikmədən onlara əməl edilməlidir.
Comment