Fransanın İrəvana “Sezar” verməsinə Rusiyadan reaksiya
Story Code : 1142712
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Fransanın Ermənistana SEZAR özüyeriyən haubitsalarının tədarükü ilə bağlı müqaviləyə reaksiya verib.
Zaxarova bu müqaviləni gərginliyə səbəb olmaq üçün daha bir addım adlandırıb və deyib: “Fransa Ermənistanın maraqlarını rəhbər tutmur, sadəcə olaraq, ölkələr arasındakı fikir ayrılıqlarından öz fürsətcil məqsədlərinə çatmaq üçün alət kimi istifadə etməyə çalışır. Fransa NATO ideologiyasının dirijorudur”.
Qeyd edək ki, İrəvan və Paris iyunun 18-də Fransanın SEZAR özüyeriyən artilleriya sistemlərinin tədarükünə dair müqavilə imzalayıblar.