0
Tuesday 18 June 2024 - 14:36
HƏMAS işğalçı İsrail rejiminin vandallığını qınadı

Rəfəh keçidində sərnişin salonlarının yandırılması “müharibə cinayətidir”

Story Code : 1142364
Rəfəh keçidində sərnişin salonlarının yandırılması “müharibə cinayətidir”
HƏMAS yaydığı bəyanatda bildirib ki, “bu cinayət əməli və vəhşi davranış sionist rejim ordusunun Qəzzə zolağında məzlum Fələstin xalqına qarşı davam edən soyqırım müharibəsi fonunda həyata keçirilib”.
Bəyanatda vurğulanır: “Sionist-nasist rejimin bu davranışı açıq-aşkar hərbi cinayətdir və İsrail ordusunun məzlum Fələstin xalqını məhv etmək və əzablarını artırmaq istəyindən başqa heç bir əsası yoxdur. Bu hərəkət, geniş beynəlxalq qınaq və sionist rejim rəhbərlərinin mülki obyektlərin dağıdılmasına görə məsuliyyət daşıması üçün lazımi tədbirlərin görülməsini tələb edir”.
 
Source : SaharTV
Comment