QR CodeQR Code

HƏMAS işğalçı İsrail rejiminin vandallığını qınadı

Rəfəh keçidində sərnişin salonlarının yandırılması “müharibə cinayətidir”

SaharTV , 18 Jun 2024 14:36

İslamtimes - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejim ordusu tərəfindən Rəfəh keçidinin daxilində çıxış binası və digər obyektlərin dağıdılması, yandırılması, onun tamamilə xidmətdən çıxarılmasını "müharibə cinayəti" adlandırıb.


HƏMAS yaydığı bəyanatda bildirib ki, “bu cinayət əməli və vəhşi davranış sionist rejim ordusunun Qəzzə zolağında məzlum Fələstin xalqına qarşı davam edən soyqırım müharibəsi fonunda həyata keçirilib”.
Bəyanatda vurğulanır: “Sionist-nasist rejimin bu davranışı açıq-aşkar hərbi cinayətdir və İsrail ordusunun məzlum Fələstin xalqını məhv etmək və əzablarını artırmaq istəyindən başqa heç bir əsası yoxdur. Bu hərəkət, geniş beynəlxalq qınaq və sionist rejim rəhbərlərinin mülki obyektlərin dağıdılmasına görə məsuliyyət daşıması üçün lazımi tədbirlərin görülməsini tələb edir”.
 


Story Code: 1142364

News Link :
https://www.islamtimes.com/az/news/1142364/rəfəh-keçidində-sərnişin-salonlarının-yandırılması-müharibə-cinayətidir

Islam Times
  https://www.islamtimes.com