Gürcüstan hökumətinin parlamentə təqdim etdiyi Paket “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsindən və Mülki və Əmək məcəllələri də daxil olmaqla, mövcud qanunvericiliyə dəyişiklik edən 18 qanun layihəsindən ibarətdir. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, paket səkkiz əsas məsələni tənzimləyir:
Nikahın kişi və qadının birliyi olması prinsipinin daha da möhkəmləndirilməsi, LGBT təmsilçiləri üçün uşaqların övladlığa götürülməsinə qadağa,cinsiyyətin dəyişdirilməsi üçün əməliyyatların və hər hansı tibbi prosedurlara qadağ, sənədlərdə cinsin göstərilməsi - qeyri-bioloji cinsin göstərilməsinə qadağa,eynicinsli münasibətləri və ya insestləri təbliğ edən kontentlərin yayımına qadağa, eynicinsli münasibətləri təşviq etmək məqsədi daşıyan ictimai toplantılar və nümayişlərə qadağa.
Layihəyə görə 17 may - Ailə müqəddəsliyi günü olaraq istirahət günü kimi müəyyən edilir.
“Gürcü Arzusu” paketi yaz sessiyasında birinci oxunuşda qəbul etməyi, sonra isə payızda baxılmağa davam etməyi planlaşdırır.
LGBT aparıcı Qərb dövlətlərinin digər ölkələrə insan haqları kimi sırımağa çalışdıqları mövzu olduğunu nəzərə alaraq qərbin bu layihəni anti-qərb hesab edəcəyi gözlənilir.
Qərbin agentlərinin fəaliyyətini məhdudlaşdıran “Xarici agentlər haqda” qanundan sonra qərbin gürcü ailələri dağıtmaq cəhdlərinin də qarşısının alınması şübhəsiz ki, Tiflisə qarşı növbəti təzyiq və təhdidlərə səbəb olacaq.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Yenimusavat qəzetinə verdiyi müsahibədə Qərbin oyunlarının nəticəsiz qalacağını düşünür:
“LGBT təbliğatını qadağan edən qanunun parlamentin müzakirəsinə çıxarılmasına Qərb tərəfdən ediləcək təzyiqlər əslində əks effekt verəcək və Gürcüstan hakimiyyətinə anti-Qərb təbliğatını qurmaq üçün yeni imkanlar yaradacaq.”-Politoloq deyib. O öz fikrini bu reallıqla izah edib ki, gürcülər eləcə də bu ölkədə ikinci yerdə duran azərbaycanlılar ailə dəyərləri baxımından olduqca həssas topluluqdur.