0
Thursday 30 May 2024 - 09:26

Qüdsü işğal etmiş rejim nasistlərdən də pisdir

Story Code : 1138542
Qüdsü işğal etmiş rejim nasistlərdən də pisdir
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çıxışının əvvəlində anasının vəfatı münasibətilə ona başsağlığı vermiş və ya yas mərasimində iştirak etmiş məsul şəxslərə və bütün tərəflərə təşəkkür və minnətdarlıq edib.
Livan Hizbullahının baş katibi çıxışının davamında sionist rejimin Qəzzə  zolağındakı cinayətlərinə işarə edib: Vicdana və etik prinsiplərə malik olmayan Qüdsü işğal etmiş rejim nasistlərdən də pisdir. Regionda bu nasist rejim üçün heç bir gələcək görmürəm. Sionist rejim əvvəl Rəfəh əhalisinə bildirir ki, konkret bölgələr təhlükəsizdir, amma sonradan qeyd olunan bölgələrdə onları bombalayır.
Livan Hizbullahının baş katibi söyləyib: Qəzzədə fələstinli didərginlərə qarşı qırğın cinayəti qəsbkar rejimin namərdliyi, xəyanəti və vəhşiliyini göstərir. Rəfəhdə didərginlərə qarşı qırğın cinayəti/ işğalçı rejimin/ özünü “ədəbli” göstərmək üçün üzünə taxdığı bütün maskaları çıxardı.
Nəsrullah sonra belə qeyd edib: Rəfəhdə törədilən dəhşətli cinayət/ dünyada mövqeyə malik olmayan və ya qəflətə qapılmış  bütün şəxsləri qəflət yuxusundan oyatmalıdır. Sazişçilərə deyirik ki: Vəhşiliklərinin həddi-hüdudu olmayan kəslərlə necə saziş edirsiniz?
Dünya ictimaiyyəti sionist rejimin cinayətləri qarşısında aciz və zəifdir və yalnız nigarançılıq ifadə etmək və pisləmək bəyanatları yaymaqla kifayətlənir. Livanı müdafiə etmək üçün dünya ictimaiyyətinə və beynəlxalq qanunlara ümid edilməməlidir- deyə, Livan Hizbullahının baş katibi vurğulayıb.
 
Source : SaharTV
Comment