0
Wednesday 29 May 2024 - 15:26

Pentaqon sionistlərin cinayətinə ortaqdır

Story Code : 1138363
Pentaqon sionistlərin cinayətinə ortaqdır
Qaniçən İsrail rejimi Amerikanın hədiyyə etdiyi bombalarla Rəfəhdə qırğın törədib.
Bu məlumata əsasən, ABŞ-dakı silah mütəxəssisləri son günlər Qəzzə zolağının Rəfəh şəhərində onlarla mülki vətəndaşın Amerika silahları və bombaları ilə öldürüldüyünü açıqlayıblar.
CNN silah mütəxəssislərinə istinadən xəbər verib ki, İsrail rejimi Rəfəhdəki son cinayətlərində Amerika istehsalı olan sursat və bombalardan istifadə edib.
Məlumatda qeyd olunur ki, sionistlər ABŞ-ın istehsalı olan 39 GBU bombasından istifadə edərək 60-dan çox fələstinlini qətlə yetiriblər.
İsrail rejimi son üç gün ərzində iki dəfə Rəfəhin qərbində fələstinli qaçqınların çadırlarını hədəfə alıb, birincisi 45 nəfərin şəhid olması və 300-dən çox insanın yaralanması ilə nəticələnib, ikinci hücumunda isə ilkin statistikaya görə 20-dən çox adam şəhid olub.
Bu cinayətlərə baxmayaraq, Amerika işğalçı rejimə siyasi və hərbi dəstəyini davam etdirir və BMT Təhlükəsizlik Şurasının bu hərəkətləri pisləyən və Fələstin dövlətini tanıyan qətnaməsinə veto qoyub.
Bu arada Ağ Evin xunta rejiminə dəstəklərə etiraz olaraq, üçüncü amerikalı məmur istefa verib.
Washington Post qəzeti ölkə rəsmilərinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Steysi Gilbert Qəzzəyə qarşı müharibəyə etiraz və Fələstinlə həmrəylik əlaməti olaraq istefa verib.
Ötən aylarda ABŞ İsrail rejimini öldürücü silahlarla təmin edən ilk mənbə olub və Vaşinqton gizli şəkildə sionist rejim ordusunu dəqiq silahlarla təmin edib.
 
Source : SaharTV
Comment