BMT TŞ sionist rejimin Rəfəhə hücumu barədə fövqəladə iclas keçirib
Story Code : 1138146
İclas, sionist rejimin Rəfəhə qarşı hücumları ilə bağlı olub.
İnformasiya qaynaqları bundan öncə xəbər vermişdilər ki, Əlcəzair sionist düşmənin onlarla fələstinli didərginin şəhadətilə nəticələnən Rəfəhdə törətdiyi qırğın və cinayətin ardınca BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.
Bu fonda, sionist rejimin Rəfəh didərginlər düşərgəsinə qarşı son hücumunu pisləyən BMT baş katibi Antonio Quterreş vurğulayıbdır ki, Qəzzədə dəhşət dayandırılmalıdır.
Quterreş bundan qabaq da vurğulamışdı ki, Haaqa Məhkəməsinin Rəfəhdə hərbi əməliyyatların dayandırılmasına dair hökmü sionist rejim üçün icbaridir və bütün tərəflər ona riayət etməlidirilər.