QR CodeQR Code

BMT TŞ sionist rejimin Rəfəhə hücumu barədə fövqəladə iclas keçirib

SaharTV , 28 May 2024 14:39

İslamtimes - Diplomatik mənbələr Qrinviç vaxtı ilə çərşənbə axşamı günü saat on doqquzda BMT Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında fövqəladə iclasının keçirilməsindən xəbər veriblər.


İclas, sionist rejimin Rəfəhə qarşı hücumları ilə bağlı olub.
İnformasiya qaynaqları bundan öncə xəbər vermişdilər ki, Əlcəzair sionist düşmənin onlarla fələstinli didərginin şəhadətilə nəticələnən Rəfəhdə törətdiyi qırğın və cinayətin ardınca BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib.
Bu fonda, sionist rejimin Rəfəh didərginlər düşərgəsinə qarşı son hücumunu pisləyən BMT baş katibi Antonio Quterreş vurğulayıbdır ki, Qəzzədə dəhşət dayandırılmalıdır.
Quterreş bundan qabaq da vurğulamışdı ki, Haaqa Məhkəməsinin Rəfəhdə hərbi əməliyyatların dayandırılmasına dair hökmü sionist rejim üçün icbaridir və bütün tərəflər ona riayət etməlidirilər.
 


Story Code: 1138146

News Link :
https://www.islamtimes.com/az/news/1138146/bmt-tş-sionist-rejimin-rəfəhə-hücumu-barədə-fövqəladə-iclas-keçirib

Islam Times
  https://www.islamtimes.com