0
Thursday 16 May 2024 - 00:40

İddia: Bayden İsrailə silah göndərilməsi ilə bağlı qanuna veto qoyacaq

Story Code : 1135383
İddia: Bayden İsrailə silah göndərilməsi ilə bağlı qanuna veto qoyacaq
Elchi.az xəbər verir ki, Bayden işğalçı İsrailə sürətli silah göndərilməsini nəzərdə tutan qanun layihəsinə veto qoymağa hazırlaşır.

Respublikaçılar Partiyası tərəfindən ötən həftə sonu Nümayəndələr Palatasına təqdim edilən “İsrailə Təhlükəsizliyə Yardım Dəstəyi Aktı” adlı qanun layihəsi ilə bağlı Baydenin qərarı ilə bağlı Ağ Ev yazılı açıqlama verib.

Administrasiyanın sionist rejimə yanaşmasının qəsdən təhrif edildiyinə diqqət çəkən açıqlamada, “Konqresdən qəbul olunarsa Bayden qanun layihəsinə veto qoyacaq” qeyd edilib.

Qanun layihəsinin ABŞ prezidentinin təsirli xarici siyasət yürütmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi vurğulanan bəyanatda, “Bu qanun layihəsi Prezidentin Konstitusiyanın II maddəsində nəzərdə tutulan səlahiyyətlərinin, o cümlədən Ali Baş Komandan kimi səlahiyyətlərinin pozulması və xarici əlaqələrlə bağlı ciddi narahatlıq yarada bilər” ifadəsini işlədilib.

Açıqlamada ABŞ-ın işğalçı İsrailə dəstəyində son dərəcə qətiyyətli olduğu bir daha vurğulanıb.
Comment