0
Tuesday 7 May 2024 - 08:58
Ali Məqamlı Rəhbər:

Builki Həcc ziyarəti cinayətkar sionist rejim və onun havadarlarından bəraət Həcci olmalıdır

Story Code : 1133322
Builki Həcc ziyarəti cinayətkar sionist rejim və onun havadarlarından bəraət Həcci olmalıdır
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həcc mövsümü ərəfəsində bazar ertəsi günü Həcc ziyarətinin işləri ilə məşğul olan məsul şəxslər və Beytullahül-Haramın ziyarətinə gedəcək zəvvarlardan bir qrupu ilə görüşündə hazırda Qəzzədə baş verən hadisələri tarixdə qalacaq göstərici adlandırıblar və buyurublar: "Quduz sionist itlərin vəhşi hücumları bir tərəfdən, Qəzzə xalqının məzlumluğu və müqaviməti digər tərəfdən, tarixdə qalacaq və bəşəriyyətə yol göstərəcək. Hansı ki, onun qeyri-müsəlman cəmiyyətlərində və ABŞ universitetlərində və bəzi digər ölkələrdə heyrətamiz və misilsiz əks-sədası bu tarix yaradan və mühüm göstəricinin digər əlamətlərindəndir".  
O, Həzrət İslam ümmətinin Həcc fürsətində Qəzzə faciələri ilə bağlı vəzifələrinin şərh edərkən, Quranda Həzrət İbrahimin (ə) sirəsindən çoxsaylı nümunələrə işarə edərək, buyurublar: "Həzrət İbrahim çox mərhəmətli qəlbi olan peyğəmbərlərdən biridir, amma həmin ilahi peyğəmbərlər zalım və qəddar düşmənlər qarşısında onlardan bəraət edirlər və düşmənçiliklərini açıq şəkildə bəyan edirlər". 
Ali Məqamlı Rəhbər zalım düşmənlərlə dostluğu tamamilə rədd edən Quran ayələrinə işarə edərək, sionist rejimi müsəlmanlarla düşmənçilik edənlərin bariz nümunəsi və ABŞ-ı bu rejimin tərəfdaşı adlandırıblar və əlavə ediblər: Əgər ABŞ-ın köməyi olmasaydı, sionist rejimin müsəlmanlarla, qadın və uşaqlarla bu cür vəhşicəsinə rəftar etməyə gücü və cəsarəti çatardımı"? 
"Müsəlmanları öldürənlər və onları didərgin salanlar və onların havadarları hər ikisi zalımdırlar və Quranın buyurduğuna əsasən, onlara dostluq əlini uzadanlar da zalımdırlar və Allahın lənəti onlara şamil olur", - deyə O, Həzrət qeyd ediblər. 
Həzrət Ayətullahül-üzma Xamenei İslam dünyasının hazırki şəraitini nəzərə alaraq, Həcc ziyarətinə Həzrət İbrahimin təlimi əsasında yanaşmanı, yəni düşmənlərdən açıq-aşkar bəraət etməni həmişəkindən daha zəruri hesab ediblər və buyurublar: "İranlı və qeyri-iranlı zəvvarlar bu yanaşmaya əsaslanaraq, Fələstin xalqına dəstək olmaq üçün Quranın bəraət yəni müşriklərdən uzaqlıq məntiqini bütün İslam dünyasına çatdıra bilməlidirlər".
O, Həzrət əlavə ediblər: "Əlbəttə, İslam Respublikası başqalarını gözləməyib və gözləməyəcək də, lakin islam ölkələri və hökumətlərinin güclü əlləri kömək və yoldaşlıq etsə, Fələstin xalqının yaşadığı acınacaqlı vəziyyət davam etməyəcək".
 
Source : SaharTV
Comment