0
Tuesday 16 April 2024 - 13:26

İran silahlı qüvvələrinin İsrail rejiminə qarşı əməliyyatı qanuni müdafiə çərçivəsində olub

Story Code : 1129030
İran silahlı qüvvələrinin İsrail rejiminə qarşı əməliyyatı qanuni müdafiə çərçivəsində olub
İran xarici işlər naziri bu telefon danışığında vurğulayıb: İran İslam Respublikası Silahlı Qüvvələrinin təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatı qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində olub.
Hüseyn Əmir-Abdullahiyan əlavə edib: Təhlükəsizlik Şurasının faydasızlığı üzündən İsrail rejiminin İranın Dəməşqdəki səfirliyinə qarşı hücumu pislənmədi. Nəticə etibarı ilə, qarşımızda qalan yeganə seçim, özünü qanuni müdafiə və sionist rejimi tənbeh etmək idi.
İran İslam Respublikası bu əməliyyatı daha geniş miqyasda həyata keçirə bilərdi, lakin sırf olaraq, sionist rejimin hərbi mövqelərinin bir hissəsini hədəfə aldı, zira məhz həmin hissədən ölkəmizin Dəməşqdəki səfirliyinə hücum həyata keçirilmişdi- deyən İran diplomatiya aparatının başçısı belə qeyd edib: Regionun təhlükəsizliyi bizim üçün çox mühümdür, amma sionist rejim altı aydır ki, Qəzzədə müdafiəsiz uşaq və qadınlara qarşı qətli-am və soyqırım həyata keçirir,/ Amerika və müttəfiqləri onu durdurmurlar. Görəsən, İsrail rejiminin altı ay müharibə, cinayət və soyqırım törətməsi bəs deyil? Dünya ictimaiyyəti nə vaxt bu soyqırım və cinayətlərə son qoymaq üçün bir tədbir görəcək?
Əmir-Abdullahiyan BMT baş katibinin Qəzzəyə qarşı müharibənin dayandırılması, həmçinin bu bölgəyə humanitar yardımların göndərilməsi üzrə yanaşması və müsbət səylərini və onun iki dəfə Rəfəh bölgəsinə baş çəkməsini yüksək qiymətləndirib. Bildirib ki, İran İslam Respublikası BMT baş katibinin regionda dayanıqlı təhlükəsizliyin reallaşması istiqamətindəki təşəbbüsünü alqışlayır.
Birləşmiş Millətlər Təşkilatının baş katibi də bu telefon söhbətində İran İslam Respublikasının İsrail rejiminə qarşı əməliyyatına işarə ilə,/ region münaqişələrindəki toqquşan tərəflərin təmkinlilik göstərmələrinin davam etməsini istəyib.
Antonio Quterreş vurğulayıb: Mən dünən və bir daha diplomatik binalara qarşı hər hansı hücum və təcavüzü pislədim və vurğuladım ki, diplomatik binalar toxunulmazlığa malik olmalıdırlar.
 
Source : SaharTV
Comment