0
Sunday 31 March 2024 - 21:38

Körpə qatili Netanyahu əməliyyat olunur!

Story Code : 1126128
Körpə qatili Netanyahu əməliyyat olunur!
Likud partiyasının lideri və sionist rejimin baş naziri Benyamin Netanyahu son dönəmdə Qəzza müharibəsi səbəbindən ciddi daxili və beynəlxalq təzyiqlərə məruz qalır. Bu arada məlumatlı mənbələr onun fiziki problemlərinin olduğunu bildirirlər.

Reuters xəbər agentliyinin məlumatına görə, sionist rejimin baş nazirinin ofisi bu gün (bazar günü) bəyan edib ki, Benyamin Netanyahu bu gün əməliyyat olunacaq.

Bununla bağlı yayımlanan bəyanatda deyilir: Şənbə günü gecə Netanyahu üzərində aparılan müayinə zamanı həkimlər onun bədəninin daxilində yırtıq olduğunu görüblər. İsrailin 74 yaşlı baş naziri bu gün keçiriləcək yırtıq əməliyyatı zamanı tam anesteziyadan keçməlidir.
Comment