Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres Qəzza zolağı ilə sərhəddə yerləşən Rəfəh keçidinin Misir tərəfinə baxış keçirərkən, deyib: "Fələstinlilər, o cümlədən uşaqlar və qadınlar fəlakətli şəraitdə sonsuz bir kabus yaşayırlar. İsrail ordusunun Qəzzə zolağına daha çox hücumu dinc fələstinli sakinlərin və bütün bölgənin vəziyyətini daha da pisləşdirəcək. Hər zamankından daha çox atəşkəsin vaxtı çatıb".
Antonio Quterreş sionist rejimin humanitar yardımların Qəzzəyə girişinə mane olmasını mənəvi biabırçılıq adlandırıb və əlavə edib ki, yardımlar heç bir maneə olmadan Qəzzəyə göndərilməlidir.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Qəzzə sakinlərinin qorxu və aclıqdan əziyyət çəkdiyini bildirib.