Bəyanatda sonra deyilir: Biz təcili atəşkəs və humanitar yardımların Qəzzə zolağına daxil olmasını istəyirik. Çox yaxın gələcəkdə Qəzzədə qıtlığın baş verməsi təhlükəsi mövcuddur və həmin bölgəyə mükəmməl və təcili yardımların daxil olması zəruridir.
Bəyanatda daha sonra deyilir: Qəzzə sakinlərinin bundan artıq didərgin düşmələrinin qarşısının alınması üçün tədbirlər görülməli, bu zolaqda mülkilərə dəstək istiqamətində zəmanət verilməlidir.
Biz Beynəlxalq Ədalət Məhkəməsinin hökmünün İsrail rejimi başçıları tərəfindən icra edilməsinin önəminə təkid edirik və bu qərar qanuni cəhətdən icbarilik gətirir. Biz həmçinin ekstremist sionist qəsəbə sakinlərinin şiddətli zorakılıqlarını kəskin şəkildə pisləyir, cinayətkarların mühakimiə edilib, cəzalandırılmalarını tələb edirik- deyə, bəyanatda vurğulanır.
Bəyanatın sonunda belə qeyd edilir: Biz İsrail rejiminin İordan çayının qərb sahilində sionist qəsəbəsalmaların genişləndirilməsi barədə qəbul etdiyi qərarları kəskin tərzdə pisləyir, İsrail rejimi başçılarının bu təhrikedici qərarlardan vaz keçmələrini tələb edirik.