Ermənistanın XİN başçısı bildirib ki, Türkiyə ilə sərhədlərin açılması ilə bağlı hər iki tərəfdə siyasi iradə var.
Ararat Mirzoyan bu barədə əlavə edib: “Ermənistanla Türkiyə arasında sərhədin açılması prosesi ilə ticarət əlaqələrinin inkişafı arasında birbaşa əlaqə var. Sərhəd açılarsa, işgüzar və iqtisadi əlaqələr avtomatik inkişaf edəcək”.