0
Saturday 9 March 2024 - 15:53
“Toplum TV” işinə görə saxlanılanlarla bağlı həbs qərarı çıxarıldı

5 nəfər həbs edilib, 2 nəfər polis nəzarətinə verilib

Story Code : 1121399
5 nəfər həbs edilib, 2 nəfər polis nəzarətinə verilib
Məhkəmədə jurnalistlərə qaçaqmalçılıq maddəsilə ittiham irəli sürülüb.
Xatırladaq ki, “Toplum TV” işi üzrə saxlanılan şəxslərin evlərində, təşkilatın ofisində axtarışlar aparıldığı və hər birindən müəyyən məbləğdə pul tapıldığı iddia edilir. Lakin təqsirləndirilən şəxslər bu ittihamın yalan olduğunu, tapıldığı iddia edilən pulları evlərə və ofisə elə polislərin özlərinin yerləşdirdiyini bildirirlər.
Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov martın 8-də həbs qərarı çıxarılan məhkəmədə deyib ki, siyasi sifarişlə həbs olunub.
Akif Qurbanov həmçinin polislərin ona qarşı zorakılıq etdiyini də məhkəmədə deyib.
Bu arada Beynəlxalq İnsan Haqları Təşkilatı “Amnesty International” son həbslərlə əlaqədar bəyanat yayaraq Azərbaycan hakimiyyətini müstəqil medianı hədəfə almaqda günahlandırıb.
 
Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze polisin müstəqil Toplum TV-nin Bakıdakı ofisinə basqın edərək jurnalistləri saxlaması xəbərinə münasibət bildirərkən belə deyib: “Müstəqil mediaya qarşı bu son təzyiq ifadə azadlığı və media azadlığı hüququna birbaşa hücum və tənqidi səsləri susdurmaq cəhdidir. Azərbaycan hakimiyyəti müstəqil media qurumlarını və müxalifət qruplarını hədəfə alır, qorxudur və təqib edir, insan haqlarına və qanunun aliliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir”.
O əlavə edib ki, Azərbaycan hakimiyyəti insan hüquqlarına və müstəqil mediaya qarşı artan təzyiqlərə dərhal son qoymalıdır.
Qeyd edək ki, Qərb təşkilatları Azərbaycanda şiə inanclılarına qarşı repressiyalar qarşısında adətən susqunluq nümayiş etdirirlər.
 
Source : SaharTV
Comment