Yəmən Ənsarullah Hərəkatı: İsrail Qəzzəyə təcavüzünü davam etdirərsə, ona hücum edəcəyik
Story Code : 1099785
Yəmən silahlı qüvvələri bu qüvvələrin hərbi sözçüsü Yəhya Səri tərəfindən oxunan bəyanatda xəbərdarlıq edib ki, sionist rejimin Qəzzə zolağına təcavüzü yenidən başlayarsa, bu rejimə qarşı əməliyyatları bərpa etməyə tam hazırdır.
Bəyanatda deyilir:
Mərhəmətli və rəhmli Allahın adı ilə
Komandir Əbdülməlik Bədrəddin Əl-Husinin göstərişlərinin icrasında və böyük Yəmən xalqının tələblərinə və ərəb və İslam ümmətlərinin azad düşüncəli insanlarının Fələstin xalqının seçimləri və qürurlu müqavimətinə hərtərəfli dəstəklə bağlı çağırışlarına cavab olaraq, Yəmən silahlı qüvvələri aşağıdakıları təsdiqləyir:
-Qəzzəyə təcavüzünü bərpa etmək qərarına gələrsə, İsrail düşməninə qarşı hərbi əməliyyatlarını bərpa etməyə tam hazırdır.
-Yəmən silahlı qüvvələri İsrail qurumuna qarşı hərbi əməliyyatlarını quruda və ya dənizdə gözləmədikləri hədəfləri də əhatə edəcək şəkildə genişləndirməkdən çəkinməyəcək.
-Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə İsrail gəmilərinin qarşısını almağa davam edəcək və bu qərarın tam icrasını təmin etmək üçün bundan sonra da tədbirlər görəcək.
-Yəmən Silahlı Qüvvələri İsrailin Qəzzə zolağında Fələstin xalqına qarşı təcavüzü dayanan kimi hərbi əməliyyatlarının dayandırılacağını təsdiqləyir.
-Yəmən Silahlı Qüvvələri həmçinin ərəb və İslam ümmətinin və dünyanın digər bölgələrinin azad düşüncəli insanlarına Fələstin məsələsində şərəfli mövqe tutacağını və onun azad düşüncəli müqavimətini dəstəkləyəcəyini vurğulayır.
Allah dediklərimizə şahiddir.