0
Monday 20 November 2023 - 17:01

XİN İranın Britaniya gəmisinin ələ keçirilməsində iştirak etmədiyini bildirib

Story Code : 1096987
XİN İranın Britaniya gəmisinin ələ keçirilməsində iştirak etmədiyini bildirib
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Kənani, Tehranın Qırmızı dənizdə Britaniyaya məxsus və Yaponiyaya əməliyyat şirkəti tərəfindən istifadə edilən “Galaxy Leader” gəmisinin ələ keçirilməsində iştirakı ilə bağlı işğalçı İsrail rejiminin Baş naziri Benyamin Netanyahu ofisinin ittihamlarını rədd edib.

"Biz dəfələrlə demişik ki, bölgədəki müqavimət qüvvələri özlərinin və xalqlarının maraqlarına əsaslanaraq müstəqil şəkildə hərəkət edirlər", - Kənani vurğulayıb.
Comment