259 nəfər hərəkət edə bilməyən yaralı Şəfa xəstəxanasında qalıb
Story Code : 1096840
Əl-Cəzirə-nin məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı sözçüsü Əşrəf əl-Qədərə sionist işğalçıların Qəzza zolağının müxtəlif bölgələrində cinayətləri artırdığını elan edib.
Əl-Qədərə sözlərinə əlavə edərək deyib: "Bu cinayətlər işğalçıların Qəzza zolağının sakinlərini zorla köçürmək arzusunu həyata keçirmək motivi ilə baş verir.
İşğalçılar bu yerə ağır hücumu əsaslandırmaq üçün heç bir səbəb göstərmədən Şəfa xəstəxanasını dağıtdılar. Dünən bizdən 5 min köçkünün, 650 xəstə və yaralının yerləşdiyi Şəfa xəstəxanasını boşaltmağı tələb etdilər."