APA xəbər verir ki, bu məlumatı Qəzza hökumətinin mətbuat xidməti yayıb.
“İşğalçı İsrailin bombardmanları və atəşi nəticəsində ölənlərin sayı 12,3 mini ötüb, onlardan 5 mindən çoxu uşaq və yeniyetmə, 3,3 mindən çoxu qadınlardır”, - mətbuat xidmətinin Facebook səhifəsində dərc etdiyi bəyanatda deyilir.
Hesabat dövründə sektorda 30 mindən çox insan xəsarət alıb ki, onların da ən azı 75%-i uşaq və qadınlardır. Qaniçən İsrailin bombardmanları zamanı uçan binaların dağıntıları altında 6 mindən çox adam itkin düşmüş hesab olunur.