Teleqraf.com xəbər verir ki, ABŞ Ermənistan ordusunu hərbi texnika, uniforma və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə texniki dəstək verəcək.
Bundan əlavə, qeyd edilir ki, Vaşinqton Ermənistana dizel yanacağı və enerji resursları, həmçinin "Metsamor" AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. ABŞ, həmçinin bu atom elektrik stansiyasının idarə edilməsi və istismarı üçün texniki dəstək verməyə hazırdır.
KİV-in məlumatına görə, lazım gələrsə, Amerikanın peyk interneti erməni internet provayderlərinin ixtiyarında olacaq.
ABŞ maliyyə sektorunda Ermənistana da kömək etməyə hazırdır. Belə ki, əgər ölkə Rusiya Federasiyasının mümkün sanksiyaları nəticəsində xarici valyuta çatışmazlığı ilə üzləşərsə, ABŞ Ermənistana dəstək verəcək.
Bildirilir ki, ABŞ Ermənistana buğda tədarük etməyə də hazırdır.