Şimali Koreya hökuməti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb
Story Code : 1083934
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının elm və informasiya-kommunikasiya texnologiyaları naziri Li Con Ho Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının sessiyasında bildirib.
“Hətta bu anda da KXDR BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq qeyri-qanuni nüvə fəaliyyətlərini davam etdirir və yeddinci nüvə sınağına hazırlığı, demək olar ki, başa çatdırıb”, - o deyib.