0
Monday 23 January 2023 - 15:53
İranın Təhlükəsizlik Nazirliyi:

Avropa Parlamentinin hərəkətinə qarşılıq cavabı İranın qanuni və aşkar haqqıdır

Story Code : 1037231
Avropa Parlamentinin hərəkətinə qarşılıq cavabı İranın qanuni və aşkar haqqıdır

SəhərAzəri-nin məlumatına əsasən, bununla bağlı bu gün, şənbə günü yaydığı bəyanatda Təhlükəsizlik Nazirliyinin ölkənin müdafiəsində əsas sütunlardan biri olan İnqilab Keşikçiləri ilə hərtərəfli həmrəy olduğunu bildirərək, Avropa Parlamentinin İranın bu hərbi qurumuna qarşı "dəyərsiz, tələsik və axmaq" addımını pisləyib.
Bəyanatda əlavə edilib: "Hazırda dağınıqlıq, zəif performans və idarəetmə səbəbindən görünməmiş böhranlardan əziyyət çəkən Avropa İttifaqının ABŞ dövlətinin himayə etdiyi terrorizmin, sionist rejimin və mənfur anti-İran qruplarının marionetinə çevrildiyini sübut etdi".
Bəyanatda, bu absurd və nümayişkaranə tədbirin əvvəlcə terrorçu təzyiq qruplarının təsiri ilə hazırlandığını, sonra isə bu parlamentin iradəsiz məsul şəxslərinin öz fikrincə onu həyata keçirməyə başladığını ortaya qoyan məxfi və açıq məlumatların olduğu diqqətə çatdırılıb. 
Bəyanatın davamında deyilir: "Avropalılar amerikalılardan fərqli olaraq, həssas Qərbi Asiya regionu ilə coğrafi əlaqələrə malikdirlər və buna görə də amerikalıların oxşar addım təcrübəsini nəzərdən keçirsəydilər, BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndinə zidd olan bu qanunsuz prosedura əl atmazdılar". 
Nazirlik öz bəyanatında həmçinin xatırladəb: "Avropa xalqlarının parlament üzvlərinə və Avropa İttifaqı liderlərinə verməli olduğu sual, Qərbi Asiya regionunda təkfirçi terrorizmlə mübarizə aparan ən böyük qüvvəyə qarşı embarqo tətbiq etmək qərarı nəticəsində onlara aid olacaq maraqlarla bağlı olmalıdır və bu ki, əgər onlar üçün heç bir fayda yoxdursa, bu liderlər bundan kimin və hansı qrupun və ya ölkənin faydalanacağını dəqiq müəyyən etməlidirlər".
Bəyanatda qeyd olunub ki, Qərb ölkələri bu illüziyalarla nəinki İran daxilində müdaxilə məqsədlərinə çatmayacaqlar, əksinə daha geniş miqyasda regional müdaxilə siyasətləri də müəyyən uğursuzluqla üzləşəcək.
 
Source : SaharTV
Tagged
Iran ,avropa
Comment