Həcc ziyarəti ilə bağlı COVID-19 məhdudiyyəti aradan qaldırılır
Story Code : 1034660
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib.
“Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və heç bir yaş məhdudiyyəti olmayacaq", - nazirliyin rəhbəri Tofiq əl-Rabia nazirliyin tviter hesabında bildirib.
Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanında bir milyon zəvvar müqəddəs Məkkə və Mədinəyə Həcc ziyarətində iştirak edib.