Müasir Qərb, şərəfli və iffətli qadın hüquqlarına qarşı cinayətkar rol ifa edib
Story Code : 1033783
Bu gün ( çərşənbə) Həzrəti Ayətullah Xameneinin ictimi, elmi və mədəniyyət sahələrində fəaliyyət göstərən yüzlərlə xanımın iştirak etdiyi görüşdə “ işçi qüvvə”, “ qadına həzz verici baxış” kimi düşüncələri Qərbin qadından sui-istifadəsinə yönəlmiş fikir olduğunu bildirdi və Qərbin “qadın azadlığı “ adlandırdığı məsələdən əsas hədəfin onları evdən iş yerlərinə sürükləmək olduğunu və bununla “ ucuz işçi qüvvəsi” əldə etməklə istifadə etdiklərini söylədi.
İslam İnqilabının Ali Rəhbəri Qərb ölkələrinin rəsmi statistik mərkəzlərinin doğru yayımladığı məlumatlarına işarə edərək “ Qərbin iddia etdiyi qadın hüquqlarının müdafiəsi son dərəcə həyasızlıqdır ” dedi. Sonra sözünə əlavə edərək “ kapitalist iqtisadi sistemin iddia etdiyi “azadlıq”, sözün həqiqi mənasında qadına “ əsarət və xəyanətdir”. Bəzən, adam Qərbdə baş vermiş hadisələri dilə gətirməkdən xəcalət çəkir” buyurdu.
Həzrəti Ayətullah Xamenei, Qərbdə ailə həyatının məhvə sürükləndiyini dedi və bildirdilər ki, Qərbin insansevər, xeyirxah mütəfəkkirləri də bu təhlükədən xəbər verərək həyacan təbili çalmışlar. Lakin tədrici baş verən ailə həyatında məhvə sürüklənmə elə bir həddə baş veirib ki, doğrusunu desək daha onun dayandırılması mümkünsüz görünür.
Həzrəti Ayətullah Xamenei eləcə də, müxtəlif sahələrdə bir çox hicab əleyhinə yönəlmiş davranışlara işarə edərək xatırlatdı ki, “ kim belə bir hərəkət və çağırışlar qarşısında mane oldu? Elə həmin xanımlar bu çağırış və hərəkətlər qarşısnda dayandılar. Bu el bir halda baş verdi ki, pis niyyətlə hicabına tam riayət etməyən xanımlara baxanlar ümid edirdilər ki, onlar hicabı başlarından açacaqlar. Amma xanımlar bunu etmədi, əksinə hicabsızlıq çağırışı edənlərin və onun təbliğatçılarının ağzından vurdular.
İnqilabın Ali Rəhbəri “ hicab, sözsüz şəriətin vacib buyurduğu toxunulmaz, zəruri bir məsələdir ” deyərək, sözünə “ bu mövzu hicaba tam riayət etməyən xanımların “dinsiz” ya “ inqilaba zidd” adlandırılmasına səbəb olmamalıdır” deyə davam etdi.
Həzrəti Ayətullah Xamenei, İslam respublikasının qadın dəyərlərinə göstərdiyi xidmətin əhəmiyyətli və yaddan çıxmaz olduğunu bildirərək “ İnqilabdan öncə təhqiqatçı, fəxr etməli, alim xanımlarımız barmaq sayı qədərində idi. Lakin, İnqilab, istedadlı xanımların daha da önə çıxmasına səbəb oldu. Elə bir həddə çatdılar ki, bəzi illərdə tələbə qızlar oğlanlardan daha öncül oldular. Onlardan bir çoxları müxtəlif elmi və texnoloji sahələrində fəaliyyət göstərirlər” söylədi.